Cəmiyyət

Vergidə uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda alış aktı tərtib edilməlidir

3 Yanvar 2022 20:45
0 Şərh     Baxış: 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi qanunvericiliyinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergiödəyicisinin vəzifəsidir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.

Eyni zamanda, qanunvericiliyə görə vergiödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.