Cəmiyyət

Azərbaycanda səhv əməliyyat olunan aparıcıdan xəbər var

8 Sentyabr 2021 02:02
3 Şərh     Baxış: 6 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olunduğu deyilən aparıcı-prodüser Sayqa Cahid barədə xəbər var. 

Milli.Az xəbər verir ki, Sayqa ilə çalışan müğənni Səbinə Selcan lent.az-a açıqlama verərək bildirib ki, prodüserin səhhəti pisdir. O, buna görə Bakı Sağlamlıq Mərkəzində Sayqanı əməliyyat edən uroloq-androloq Niyaməddin Əliyevi günahlandırıb: 

"Sayqa xanım dünən gecə Türkiyədə yenidən əməliyyat olundu. Hələ ki özündə deyil. Bakı Sağlamlıq Mərkəzində həkimlərin etdiyi uğursuz əməliyyata görə yenidən həmin yerdən, həmin böyrəkdən əməliyyat olundu. Ora yığılmış suyu, çirki təmizlədilər. 

Sayqanı onlar pulsuz əməliyyat etməyiblər. Əlimizdə qəbzlərimiz var. Doğrudan da indi çox əziyyət çəkir, ölüm-qalım mübarizəsi aparır. Vəziyyəti yaxşı deyil. Bakıdan hansı vəziyyətdə, hansı infeksiya ilə gəldiyi də məlumdur. 

Həkimlərə demək istəyirəm ki, bir söz deyəndə Allahı düşünün. Sayqa sizdən razı olsaydı, indi Türkiyədə zülm çəkməzdi. Bakıda böyrəyini səhv əməliyyat etdilər, ona görə də bu günə qaldı. Sayqa hələ özündə deyil, ayılandan sonra özü bir açıqlama verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.