Cəmiyyət

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO

3 Sentyabr 2021 21:20
0 Şərh     Baxış: 476
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi başa çatıb.

Avqustun 3-də İran İslam Respublikasının Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.