Cəmiyyət

Şərəfli 25 il - VİDEO

3 Sentyabr 2021 16:30
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin 2 sentyabrı. Şəhid çavuş Elşən Müslümovun doğum günü. Bugün onun 26 yaşı tamam oldu.Ailəsi Elşənin bu doğum gününü onsuz keçirdi. O cismən burda olamsa da ruhən bizimlə idi.Çünki şəhidlər ölmürlər, onlar hər daim bizim əhatəmizdə yaşıyırlar. Biz onları cismən görməsək də, hiss etməyimiz belə kifayətdi. O yaşadığı 25 ilə şərəfli ömür sığdırmışdı. 25 ili Qarabağsız, intiqam hissi ilə yaşayan Elşən, 26-cı yaşında artıq bir qəhrəman olmuşdu. O qəhrəman ki, Vətən həsrətinə son qoymuş və milyonların qəlbini qazanmışdı. Şəhidin xatirəsinin yad edilməsi məqsədilə onun məzarı ziyarət edildi.Mərasimdə Yasamal rayon icra hakimiyyəti başçısı Elşad Həsənov və digər nümayəndələr, şəhidin ailə üzvləri, yaxınları, qazilər və digər şəhid ailələri iştirak edirdi.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, daha sonra isə şəhidin məzarı üzərinə əklil qoyuldu.
Qeyd edək ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 13 oktyabrda Suqovuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına Şəhid olub.Qeyd edək ki, Prezident İlham Əliyevin sərancamına əsasən "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Ondan Vətənə əmanət bir qız övladı qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.