Cəmiyyət

Əks göstəriş sertifikatını belə əldə edin - VİDEOTƏLİMAT

3 Sentyabr 2021 12:36
0 Şərh     Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaksinasiya olunmayan şəxslərin əks göstəriş sertifikatı alması prosesi açıqlanıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilib ki, əks göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir. Poliklinika müraciət edən şəxsdən əks göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epikriz və digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və nəticə vətəndaşa göndərilir.

Qeyd edək ki, sertifikat tələb edən qurumlara daxil olmaq üçün  bu formanı göstərmək  kifayət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.