Cəmiyyət

Azərbaycanda vətəndaşın sayğacını dəyişib 219 manat borc yazdılar - VİDEO

30 Avqust 2021 14:42
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevir sakini Söhbət Imanov ''Azəriqaz'' İstehsalat Birliyinin onun barəsində tərtib etdiyi aktdan narazıdır. Belə ki, onun sayğacı iki il əvvəl dəyişdirilib. Bu zaman ona köhnə sayğacda hansısa problemin olduğu barədə məlumat verilməyib. Bir neçə aydan sonra ona məktub göndərilib və orada qeyd edilib ki, istismar müddətində sayğaca müdaxilə edilib. Vətəndaş bu qərarla razı deyil.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Mingəçevir şəhər sakini Söhbət İmanova məxsus qaz sayğacı 2019-cu ilin sentyabrında yenisi ilə əvəz edilib. Bu zaman vətəndaşa sayğacda hər hansı problem və ya borc olması barədə heç bir məlumat verilməyib. 2020-ci ilin mart ayında isə vətəndaşa məlumat verilib ki, istismar müddətində onun tərəfindən köhnə sayğaca müdaxilə edilib. 

Söhbət İmanov sayğaca müdaxilənin mümkünsüz olduğunu bildirib və yazılan cərimənin əsassız olduğunu iddia edir. 

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinindən bildirildi ki, Söhbət İmanova məxsus qaz sayğacı sökülərək növbəti dövlət yoxlamasına göndərilib. Sayğaca baxış keçirilikdikdən sonra məlum olub ki, onun çıxış plastmas borusu əriyərək oturacaqdan aralanıb. Yekun rəyə əsasən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilib. Yekun qərarla razılaşmayan abonent hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.