Cəmiyyət

Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək - VİDEO

30 Avqust 2021 15:06
0 Şərh     Baxış: 1 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələri ödəməyənlər axtarışa veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Vətəndaş cəriməsini ödəmədiyi halda müvafiq olaraq ədliyyə orqanları tərəfindən onun üzərində borc yükü kimi qalır.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məqsəd vətəndaşları cərimələmək deyil, onların qayda və tələblərə əməl etməsini təmin etməkdir. O bildirib ki, istisnasız olaraq qayda pozan hər bir şəxs mütləq şəkildə cəriməsini ödəməlidir.

Elşad Hacıyev onu da qeyd edib ki, vətəndaşların sanitar epidemioloji tələblərə əməl etməsini təmin etmək məqsədilə polis əməkdaşları mütəmadi reydlər keçirir. Bununla belə, sağlamlıqlarının qeydinə qalmaq üçün hər bir vətəndaş özü sosial məsuliyyətini dərk edərək qaydalara əməl etməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:  

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.