Cəmiyyət

Meşə materialının qanunsuz daşınmasının qarşısı alınıb

20 Avqust 2021 17:42
Baxış: 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qanunsuz meşə materiallarının axşam saatlarında "Mercedes-Benz" markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.

Xidmət rəsmisi Vaqif Cavadov Milli.Az-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı "Mercedes-Benz" markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib.

"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 kubmetr həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.