Cəmiyyət

İyulda vətəndaşlara 623 mindən çox tibbi xidmət göstərilib

18 Avqust 2021 12:06
0 Şərh     Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin iyul ayı ərzində Bakı TƏB-i üzrə 169 449 və Sumqayıt TƏB-i üzrə 33 361 vətəndaşa ümumilikdə 623 560 tibbi xidmət göstərilib.

Bu barədə Milli.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Məlumata görə, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 312 103 müraciət daxil olub.

Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 460 591-i ambulator, 162 969-u isə stasionar şəraitdə göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.