Cəmiyyət

Şirvanda yaşayış binasında uçqun baş verə bilər - TƏHLÜKƏ VİDEO

18 Avqust 2021 12:42
0 Şərh     Baxış: 1 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvan şəhərində yaşayış binalarından biri uçma təhlükəsi ilə üz-üzədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Şirvan şəhər, 20 yanvar küçəsində yerləşən 1A binasından gedir.

Binanın blokunun tavanı hər an uça bilər. Xüsusilə yuxarı mərtəbələrdə yaşayan sakinlər təhlükə içərisindədirlər.

Sakinlərin sözlərinə görə, hər gün tavandan uçub tökülən daş və taxta qırıqları onlara xəsarət yetirə bilər. Tavanda iri çatlar yaranıb.

Tavanın uçuq hissəsinin altında qaz sayğacının olması təhlükəni artırır.

Məsələ ilə bağlı Şirvan Şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi İsmayıl İsmayılov bildirdi ki, nəzarətsiz qalan çənlərdən axan sular tavanın belə vəziyyətə düşməsinə səbəb olur.

O əlavə edib ki, yaxın günlərdə 20 Yanvar 1A binasının məhəlləsində geniş abadlıq və quruculuq işlərinə başlanılacaq. Görüləcək işlər çərçivəsində həmin binada, bloklarda əsaslı təmir işləri aparılacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.