Cəmiyyət

Onun üçün xoşbəxtlik torpaqlarımızın azadlığı idi - VİDEO

17 Avqust 2021 14:12
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakalavr və magistr təhsili aldı, peşəkar mtəxəssis olmaq üçün özünü hərtərəfli yetişdirdi. Ancaq məktəb illərindən qəlbində baş qaldıran arzunu heç vaxt kənara qoymadı. Vətən torpaqlarının azadlığı üçün məqamın yetişməsini və bu işə töhfə verməyi ürəklə istədi...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış Gəncə şəhər sakini Anar Məmmədovdan gedir.

Anar dövlət qulluğu imtahanına hazırlaşır, xarici dil biliklərini inkişaf etdirirdi. Ancaq gələcəyə aid arzuları onun Vətən sevgisinin önünə keçə bilmədi və elə müharibənin ilk günlərindən döyüşlərə qatıldı. O, Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.

Qəhrəman şəhidimiz Anar Məmmədov ölümündən sonra ''Cəsur döyüşçü '',  "Şuşanın azad olunmasına görə" və ''Vətən uğrunda '' medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.