Cəmiyyət

Bakı sakininin bank hesabından bu üsulla külli miqdarda pul çıxarılıb - VİDEO

14 Avqust 2021 12:24
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakini bank kartının üzərindəki 16 rəqəmli kodu deməklə hesabından 3 min manata yaxın pul çıxarılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxt sakini Camal Əkbərov deyir ki, ötən gün ona 3 müxtəlif qəribə nömrələrdən zəng gəlib. Ona kredit kartında olan vəsaitin təhlükəsizliyini təmin etmək üçün bir neçə sual verilib. Sualları cavablandırarkən Camal Əkbərov kartın üzərindəki 16 rəqəmli kodu da deyib.

Zərərçəkmiş Camal Əkbərov iddia edir ki, dələduzlar onun kartından 3 min manata yaxın pulu başqa bir hesaba köçürüblər. O, dərhal aidiyyəti üzrə banka müraciət edib. Bankdan həmin vəsaitin hansı hesaba köçürülməsini istəsə də, ona bildiriblər ki, bunun üçün ərazi üzrə polis bölməsindən onlara rəsmi qaydada müraciət edilməlidir. Bundan sonra zərərçəkmiş Camal Əkbərov  Xəzər rayon 1-ci polis şöbəsinə məlumat verib.

Biz də həmin nömrə ilə dəfələrlə əlaqə saxladıq. Amma heç bir nömrəyə zəng çatmadı. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev də bu cür fırıldaqçıların olduğunu təsdiq etdi. Nazirlik rəsmisi vətəndaşlara belə hallarda diqqətli olmağı tövsiyə edir.

Elşad Hacıyev onu da bildirdi ki, bu cür hallarla bağlı daxil olan məlumatlar araşdırılır və cinayətkarlar saxlanılaraq məsuliyyətə cəlb edilirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.