Cəmiyyət

Ordumuz "Karabah Telekom"un qüllələrini ələ keçirib: Azərbaycan Ermənistandakı bütün telefonları dinləyir?

14 Avqust 2021 10:19
0 Şərh     Baxış: 11 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda fəaliyyət göstərən mobil operatorların abunəçiləri çaşqınlıq və çaxnaşma içindədirlər. Yerli mətbuatda bu ölkədə bütün telefon danışıqlarının Azərbaycan tərəfindən dinlənildiyi barədə məlumat yayılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan ordusu qondarma rejiminin telekommunikasiya operatoru olan "Karabah Telekom"un qüllələrini ələ keçirib. "Karabah Telekom" isə faktiki olaraq Ermənistanın "ArmenTel" mobil operatorunun əlavəsidir.

Erməni mətbuatı yazır ki, azərbaycanlılar "Karabah Telekom"un serverlərinin ehtiyat nüsxələrini ələ keçirərək Ermənistanın mobil şəbəkəsinə daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTN) "buna heç bir sübut yoxdur" bildirərək abunəçiləri sakitləşdirməyə çalışıb.

Bununla belə, informasiya texnologiyaları üzrə mütəxəssis Artur Papyan hesab edir ki, qüllələr Azərbaycanın nəzarətinə keçəndən sonra, Bakı erməni şəbəkəsinə sərbəst şəkildə qoşula bilir.

"Azərbaycanlıların "Karabah Telekom"un serverlərindən ehtiyat nüsxələri silməyi bacarıb, və bu çox pis nəticələrə gətirib çıxara bilər", - Papyan erməni jurnalistlərə müsahibəsində bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.