Cəmiyyət

Şuşada silah-sursat aşkar edildi

13 Avqust 2021 17:45
0 Şərh     Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşada silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.