Cəmiyyət

Daha altı narkotik alverçisi saxlanıldı - VİDEO

12 Avqust 2021 18:36
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəsimi rayon ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub. 

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Rövşən Seyidov, Zaur Səlimov və Mehdi Hüseynov saxlanılıblar. Onların üzərindən satış üçün qablaşdırılan hazır bükümlər şəklində olan psixotrop maddə metamfetamin və heroin aşkar edilib. 

Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrin qəbulu ilə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqları da aşkar edilib.

Digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi "tiryəkxana" aşkar edilib. Əməliyyat zamanı ev sahibi Elşən Cabbarovun mənzilində özü ilə bərabər digər şəxslərin də narkotik vasitələrin qəbuluna şərait yaratdığı müəyyən edilib. 

Polislər tərəfindən Elşən Cabbarovla bərabər onun evində narkotikləri qəbul edən Elçin Cavanşirov və Fariz Qasımov da saxlanılıb. Mənzilə baxış zamanı külli mqidarda heroin, metamfetamin, narkotik vasitələrin istifadəsi üçün lazım olan digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. 

Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.