Cəmiyyət

"Land-Cruiser”lə adam öldürdü, cinayət işi məhkəməyə göndərildi

12 Avqust 2021 11:24
0 Şərh     Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

09.02.2021-ci il tarixdə İmişli rayon sakini İsa Vəliyevin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İmişli rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə zərərçəkmişin əmisi oğlu Ceyhun Vəliyev rayonun Aranlı kəndi ərazisində yerləşən ərzaq mağazasının qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar İsa Vəliyevi döyərək ona qarşı qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra həmin gün kəndin örüş otlaq sahəsində "Toyota Land-Cruiser" markalı avtomobilini onun üzərinə sürərək qəsdən öldürməyə cəhd edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Ceyhun Vəliyevə Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.