Cəmiyyət

Bakıda sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO

12 Avqust 2021 08:38
0 Şərh     Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Yasamal rayonunda avtoqəza zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Sürücüsü hələlik məlum olmayan "Samand" markalı nəqliyyat vasitəsi yüksək sürətlə əvvəlcə yol kənarındakı ağaclara, daha sonra "Toyota" və "Hyundai" markalı avtomobillərə çırpılıb. Nəticədə "Samand"da olan sərnişin xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Polislərin verdiyi məlumata görə, qəzaya səbəb olan sürücü hadisə yerindən yayınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.