Cəmiyyət

Bərdədə beton kanal çəkilir. Bu il su kanalında 1500 metr məsafədə təmir işləri aparılacaq - VİDEO

10 Avqust 2021 15:08
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlər çərçivəsində əsaslı təmir işləri görür. İdarənin gördüyü işlərdən biri də Bərdə rayon ərazisində həyata keçirilir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, belə ki, bir-neçə kəndin ərazisindən keçən və 40 ildir ki, istismar olunan beton kanalda yenidən beton üzlüyün çəkilişi aparılır. Uzun müddətdir fermerlərə xidmət göstərən kanalda suyun axın sürətinin aşağı düşməsi, o cümlədən suvarma suyunun itkiyə məruz qalması əsaslı təmir işlərini vacib edib.

Kanalın istfadəyə verilməsi ilə ətrafda olan əkin sahələri asanlıqla suvarılacaq. Əsasən də suya daha çox ehtiyacı olan pambıq əkən fermerlərin işi daha da asanlaşacaq.

Beton üzlüyə alınan R-13 kanalında işlərin görülməsi üçün kanaldan axan suyun istiqaməti dəyişdirilib. Kanalda təmir işləri bu il üçün 1500 metr məsafədə nəzərdə tutulub. Hazırda texnikalar vasitəsi ilə kanala beton verilir, idarənin əməkdaşları kanalda hamarlama işləri aparır.

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi ölkənin 18 rayonunda- Qusar, Xaçmaz, Quba, Şamaxı, Ucar, İmişli, Kürdəmir, Hacıqabul, Ağcabədi, Tərtət, Astara, Masallı, Ağstafa, Goranboy, Şəki, Sabiradab, Biləsuvar və Bərdə rayonlarında əsaslı təmir işləri həyata keçirir. Bu işlərə Subartezian quyularının qazılması, kanalların lildən təmizlənməsi və beton üzlüyə alınması işləri daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.