Vergi Məcəlləsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azaddır.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi isə ümumi qaydada mənfəət vergisinə cəlb edilir.
Milli.Az