Cəmiyyət

Kənd təsərrüfatı məhsullarına ziyan vuran viruslar yayılır - AQTA

3 Avqust 2021 18:36
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda Almaniya, Belçika, Hollandiya, İspaniya kimi ölkələrdə, o cümlədən Türkiyədə kənd təsərrüfatı məhsullarına ziyan vuran virus xəstəlikləri geniş yayılmaqdadır.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev deyib. Onun sözlərinə görə, bu viruslar əsasən pomidor məhsulu arasında yayılsa da, badımcan, bibər, tütün kimi bitkilərə də ciddi zərər vurmaq potensialına malikdir:

"Virus birbaşa insan orqanizminə mənfi təsir göstərməsə də, kənd təsərrüfatı bitkilərinə zərər 40-80 faiz həcmindədir. Bu təsir nəticəsində məhsulların əmtəəlik görünüşü son dərəcə pozulur və onlar istehlak üçün yararsız hesab edilir. Virusun ümumiyyətlə iqtisadi zərəri çox böyük həcmlə ölçülür. Ona görə də hansı ölkədə bu virus varsa, ciddi tədbirlər görülür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.