Cəmiyyət

"Volkswagen"indən 50 ədəd "Tramadol" tapıldı

28 İyul 2021 11:26
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin ("patı") aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi "Volkswagen" markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd "Tramadol" həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.