Cəmiyyət

Magistraturaya qəbul olmuş şəxslərin elektron qeydiyyatı bu tarixdə başa çatır

24 İyul 2021 12:46
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali təhsil müəssisələrinin və AMEA-nın magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qeydiyyat prosesi 26 iyul saat 23:59-da başa çatacaq.

Bakalavrlar https://portal.edu.az platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.

Qeyd edək ki, magistratura səviyyəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün yaradılmış alternativ qeydiyyat mərkəzləri bu şənbə- 24 iyul tarixində fəaliyyət göstərir. Mərkəzlər 25 iyul tarixində fəaliyyət göstərməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.