Cəmiyyət

Bu şəxslər dövlət hesabına vəkillə təmin ediləcək

16 İyul 2021 23:50
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləyə dəyişikliklərlə bağlı fərman imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənəddə mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik nəzərdə tutulub.

Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Prezidentə təqdim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.