Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergiödəyicisinin borcudur və vergiödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar. Bəs bu məsələdə hansı hallar istisna təşkil edir?
Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, mövzunu şərh edən iqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergiödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi və ölkənin digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Qanunvericiliyin tələblərinin pozulmasına görə vergiödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olmadan istisna hallarını isə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması, yaxud hüquq pozuntusunda şəxsin təqsirinin olmaması, hüquq pozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi anda məsuliyyətə cəlb edilmə yaşına çatmaması və məsuliyyətə cəlbetmə müddətinin qurtarması təşkil edir.
Ekspert qeyd edib ki, ümumiyyətlə, şəxsin təqsirini istisna edən hallara bu kimi məsələlər daxildir:
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısıalınmaz hadisələr nəticəsində törənməsi;
- vergiödəyicisinin - fiziki şəxsin xəstəlik halı ilə əlaqədar öz hərəkətlərinə nəzarət və rəhbərlik etməyi bacarmaması;
- vergiödəyicisi və ya vergi agenti tərəfindən vergi orqanının və ya digər səlahiyyətli dövlət orqanının, yaxud onların vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri yazılı göstərişlərinin və ya izahatlarının yerinə yetirilməsi;
- vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törənməsi və sair.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
XƏBƏR LENTİ
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)





