Cəmiyyət

Bu həftəsonuna qədər Bakıya yeni qatarlar gətiriləcək - "Bakı metropoliteni"

12 İyul 2021 17:24
0 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan aldığı daha 4 qatar tərkibi bu həftəsonuna qədər Bakıya gətiriləcək.

Bunu Milli.Az-a açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda qatarlar Azərbaycan sərhədinə yaxınlaşmaq üzrədir: "Bu həftənin sonuna qədər qatarların Bakıya daxil olacağı gözlənilir. Qatarlar Bakıya daxil olandan sonra "Nəriman Nərimanov" deposuna təhvil veriləcək. Depoda qatarlar 2 həftə müddətində sazlanma prosesinə cəlb ediləcək və sınaq olunacaq. Daha sonra həmin qatarlar xəttə buraxılacaq. 4 yeni qatar istismar müddəti başa çatan qatarlarla əvəzlənəcək".

Bu. Məmmədov deyib ki, hazırda Bakı Metropolitenində 15 qatar tərkibindən ibarət 75 yeni vaqon istismardadır: "Yeni gələn vaqonlarla birlikdə metropolitendəki yeni vaqonların sayı 95-ə çatdırılacaq. Razılaşmaya əsasən, gələn il daha 20 yeni vaqondan ibarət 4 qatar tərkibi Bakıya gətiriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.