Cəmiyyət

Abşeronda kişini qətlə yetirib, daha sonra meyitini yandırıblar

12 İyul 2021 13:17
0 Şərh     Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində Ülfət Höccətovun yaşadığı evdə yanğın baş verib.

Nəticədə 100 kvm sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ü. Höccətovun yanmış meyiti tapılıb.

Araşdırmalarla Ü. Höccətovun bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.