Milli.Az-ın məlumatına görə, bunu Day.Az saytına Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova bildirib. Onun sözlərinə görə, 2011-ci ilin yanvarında ölkədə 12 yoluxma faktı qeydə alınıb. Fevralda 22, martda 29, apreldə 58, mayda 44, iyunda 50, iyulda 45, avqustda 36, sentyabrda 48, oktyabrda 25, noyabrda 10, dekabrda isə 6 nəfərdə bruselyoz aşkarlanıb.
"Hesabat dövründə Bakıda 6 bruselyoza yoluxma faktı qeydə alınıb. Əksər yoluxma hallarına rayonlarda rast gəlinir. Məsələn, Şəmkir rayonunda 40-dan artıq insanda bu xəstəlik aşkar edilib. Qəbələ, Ağcabədi, Gədəbəy, Qazax, İmişli, Beyləqan rayonlarında bruselyoza yoluxmuş insanların sayı 25-dən artıqdır", - deyə R.İsmayılova qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, insanın bruselyoz xəstəliyinə yoluxması heyvanlarla bilavasitə əlaqə və ya bu xəstəliyin olduğu heyvanın çiy südündən, pendirindən istifadə nəticəsində baş verir: "Bruselyozdan qorunmaq üçün südü istifadədən əvvəl qaynatmaq, pendiri isə 60 sutkadan artıq müddətdə duzlu suda saxlamaq lazımdır. Ətin də yaxşı bişirilməsi vacibdir".
R.İsmayılova sakinlərə küçələrdə, əldə satılan, kustar üsulla hazırlanmış süd və pendir almamağı məsləhət görüb.
Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda 366 nəfərdə bruselyoz aşkarlanmışdı.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda bruselyoz: bu xəstəliklə necə mübarizə aparmalı?
10 Fevral 2012 13:15
Baxış: 5 240

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aqresiv davranan uşaqla necə yola getmək olar?
-
Narkoloq axşamlar "bir stəkan pivə"nin bədənə təsirini açıqlayıb
-
Evinizin ətrafında bayquş varsa, sevinin: səbəbinə təəccüblənəcəksiniz
-
Banan yeməzdən əvvəl mütləq bunu edin – Vacib xəbərdarlıq
-
Dünyanın ən sakit yeri adlandırılan şəhər: Nə ilə məşhurdur?
-
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub - FOTO
-
Faciəvi şəkildə ölən meşə işçisinin “Maaş” mesajı ürək parçaladı - FOTO
-
Ağdamda növbəti güclü yanğın hələ də davam edir - yenilənib
-
Günün qoroskopu: Səyahət planları və gələcəyə dair hədəflər gündəmdədir
-
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
-
UEFA Konfrans Liqası: “Sabah” səfərdə inamlı qələbə qazandı
-
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Müddət keçdikcə, daha güclü komandaya çevriləcəyik"
-
Qusman işdən çıxarıldı
-
Onlar imtahanda 700 bal topladı
-
Xalq artisti reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır - yenilənib
-
Bakının bəzi yerlərində içməli su niyə yoxdur? - rəsmi açıqlama
-
Erməni deputat: Ermənistan dəhlizin Sünikdən keçən hissəsini icarəyə vermək fikrindən vaz keçib
-
Bu ərazilərdə işıq olmayacaq
-
UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris”i məğlub edib
-
Elza Seyidcahan “Milli Mətbuat Günü”nə şeir həsr etdi - VİDEO
-
Yeni Ay iyulda 4 BÜRCƏ elə şans və zənginlik gətirəcək ki...
-
Allahverdi Yolçuyevin heç yerdə görmədiyiniz qızı efirə çıxdı - VİDEO
-
Daha bir “plastik cərrah” qalmaqalı - “Bədənim çürüyür” - FOTO
-
60-dan çox zərərçəkmiş şəxs məhkəmədə ifadə verib - FOTO