Cəmiyyət

Gecə boş binadan gələn səs sakinləri qorxutdu - Polis içəriyə daxil olanda… - VİDEO

4 İyul 2021 03:32
Baxış: 3 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşən və yerli sakinlər tərəfindən dünyanın "ən axmaq binası" adlandırılan tikilidə oğurluq hadisəsi baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,gecə saatlarında binadan səs eşidən sakinlər qorxuya düşərək polisə xəbər veriblər. Əraziyə baxış keçirən polis təəccüblənib. Onlar 3 gəncin binanın pəncərə və qapılarını oğurladığını müşahidə ediblər. Gənclər nəzarətə götürülüb. 18 yaşlarında olan gənclər bundan əvvəl də binadan oğurluq etdiklərini etiraf ediblər.

Qeyd edək ki, istifadəyə yararsız olan binanın yaxın günlərdə söküləcəyi nəzərdə tutulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.