Cəmiyyət

Cənnətdəki ilk doğum günü - VİDEO

1 İyul 2021 19:36
0 Şərh     Baxış: 2 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Ələddin Xəlilovun 20 yaşı tamam oldu

Milli.Az Real TV-ə istinadən bildirir ki, Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, keçən igid vətən oğullarından biri də şəhid əsgər Ələddin Xəlilovdur. Ələddin 2020-ci il dekabrin 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhadət zirvəsinə yüksəlib. Prezident İlham Əiyevin sərəncamlari ilə , "Vətən uğrunda" və "Suqovuşan azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəsi qəhrəman Ələddinin bu gün doğum gününü qeyd edir. Ələddinin 20 yaşı onun məzarı başında, bir də xatirələrlə dolu otağında tamam edilir. Qürur və kədər dolu gözlərlə.

19 il yaşadı Ələddin. Ömrünün son günlərinə isə böyük bir tarixi sığdırdı. Elə bir tarix ki, onun barəsində əsrlər, qərinələrlə danışılacaq. Cənnətdəki ilk doğum günün mübarək olsun, cənnət qoxulu şəhidim!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.