Cəmiyyət

Qurban bayramı günlərində avtobus və metro işləyəcək

30 İyun 2021 18:06
Baxış: 1 969
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli qərarına əsasən, Qurban bayramı bu il iyulun 20-si və 21-də qeyd olunacaq.

Milli.Az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında" qərarına əsasən, 20 və 21 iyul ictimai nəqliyyat, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırıldığı günlər sırasına daxil deyil.

Odur ki, Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.