Cəmiyyət

Laçında qəzada həlak olan hərbçi dəfn edildi - FOTO

30 İyun 2021 11:09
0 Şərh     Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 28-də Laçın rayonu ərazisində avtomobil qəzasına düşərək həlak olan hərbçilərdən biri, Coşqun Zeynallı dəfn edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Zeynallı dünən Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları  - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.