Cəmiyyət

Bakı Metropoliteninin sabiq rəisi indi nə işlə məşğuldur?

30 İyun 2021 01:20
Baxış: 3 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi...

İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Milli.Az lent.az-a istinadla bildirir ki, Tağı Əhmədov 1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib. Texnika elmləri namizədidir.

1998-ci ildə Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin olunub.

2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

Evlidir, 2 övladı var.

Tağı Əhmədov 27 fevral 2014-cü ildə Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunub.

Bir dəfə Tağı müəllim mətbuata açıqlamasında belə demişdi:

"Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat kafedra müdiri kimi maaş alıram".

73 yaşlı sabiq rəis gününü şeir yazmaqla keçirir, həm də dincəlir. Gördüyünüz kimi onun aylıq gəliri 6140 manatdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.