Cəmiyyət

Əli Əsədov Tehran Mənsimova lüks avtomobil hədiyyə etdi - FOTO

26 İyun 2021 10:24
Baxış: 9 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazir Əli Əsədov Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimova lüks avtomobil hədiyyə edib.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Ə.Əsədov T.Mənsimova son model "Lexsus" markalı bahalı maşın bağışlayıb. Baş nazir bu addımı T.Mənsimovun İkinci Qarabağ döyüşlərində göstərdiyi şücaətinə görə atıb.

Qeyd edək ki, polkovnik T.Mənsimov  Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində fəaliyyətə başlayıb.

O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə,  2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda", 2020-ci ildə Şuşanın azad olunmasına görə", 2021-ci ildə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Həmçinin Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona Ölkə Başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.