Cəmiyyət

Arif Hacılın müavini də təltif olundu

25 İyun 2021 00:14
Baxış: 1 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən hərbçilərin təltif olunması ilə bağlı sərəncamlar imzalayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, təltif olunanlar arasında Müsavat başqanının müavini Fərəc Kərimli də var. Prezidentin sərəncamı ilə partiya üzvü "Vətən uğrunda" medalına layiq görülüb.

Bundan başqa, jurnalist Xədicə İsmayılın şəhid qardaşı oğlu İsmayılov Rövşən də təltif olunub. Şəhidimiz ölümündən sonra "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.