Cəmiyyət

Daşkəsəndə yolsuz qalan ucqar kənd - VİDEO

23 İyun 2021 15:54
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkəsən RİH-dən problemin yaxın vaxtlarda həll olunacağına söz verildi

Milli.Az Real TV-ə istinadən bildirir ki, Daşkəsən rayon Çıraqlı kəndindən olan tamaşaçımız Mehriban İmanova kəndin yollarından, daha doğrusu, yolların olmamasından narazıdır.

Şikayətçinin çəkdiyi videonu təqdim edirik.

Problemə aydınlıq gətirmək üçün Daşkəsən rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Çıraqlı kəndi Daşkəsənin ən ucqar kəndlərindəndir. Yüksəklikdə yerləşən kəndlə rayonun özünü belə birləşdirən yol yoxdur. Ora getmək istəyən daha çox Göygöl rayonundan keçməli olur. Onu da qeyd etdilər ki, hazırda kənddə cəmi 4 ailə yaşayır. Onlar da daha çox yay aylarında bura gəlirlər. İcra hakimiyyətindən problemin həlli ilə bağlı vəd də aldıq.

Belə ki, kəndin yolları ilə bağlı problemin artıq onlar tərəfindən əlaqədar qurumlara yönləndirildiyi bildirildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.