Cəmiyyət

Şamaxıda avtomobil aşıb, xəsarət alanlar var

23 İyun 2021 11:44
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şamaxı rayonunun Çağan kəndində qeydə alınıb. 10-BF-460 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Çağan kənd sakinləri, 1955-ci il təvəllüdlü Mürsəlov Vidadi Qələmşah oğlu, 1981-ci il təvəllüdlü Əsədova Şəlalə Oqtay qızı, 1940-cı il təvəllüdlü Namazov Müzəffər Qəzənfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.