Cəmiyyət

Əfsanə ilə Həqiqətin vaksinlərlə bağlı "Whatsapp" yazışması - bilinən yanlışların doğru cavabları - VİDEO

21 İyun 2021 18:19
Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaksinasiya haqqında təbliğat kampaniyası davam edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir. 

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanmışdır. Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirirdilər. Buna görə də onların adı müvafiq olaraq "Həqiqət" və "Əfsanə" olaraq seçilmişdir. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülmüşdür. 

Qeyd etmək yerinə düşər ki, bu məzmun "Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq" şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsi idi.

Kampaniyanın kommunikasiya strategiyası "Maverick" Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılmışdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.