Cəmiyyət

DİN Milli Məclisin deputatını cərimələdi

27 İyun 2021 23:14
0 Şərh     Baxış: 1 718
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında bu gün səhər saatlarında Bakıdakı "Four Seasons" otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.

Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.