Cəmiyyət

Planet üçün ciddi təhlükə - VİDEO

21 İyun 2021 13:54
Baxış: 1 188

Qlobal istiləşmənin fəsadları, insan həyatına təsirləri

Milli.Az Real TV-ə istinadən bildirir ki, planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilən qlobal istiləşmə. Bəs, görəsən qlobal istiləşmə nədir?

İstixana qazları yəni su buxarı, karbon dioksid, metan özlüyündə Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır. Planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır.

Bu da "istixana" effekti adlanır.

Hazırda bütün ölkələr qlobal istiləşməyə qarşı mübarizə aparır.

BMT-nin Baş katibi Antoniyo Quttereş də çıxışlarının birində söylədiyi fikirlər bunun bir daha təsdiqini verir.

Sitat: "Orta qlobal temperatur 1,2 dərəcə selsi yüksəkdir. Bu göstəricinin daha da artması fəlakətlə nəticələnə bilər. Hərəkət etməyə başlamasaq, bu əsr bəşəriyyət üçün son əsr ola bilər".

Bəli, araşdırmalar da göstərir ki, 20-ci əsrdə yer səthinin ortalama istiliyi 0,6 selsi artıb. Son 40 ildə atmosferin 8 km alt hissəsində də temperatur yüksəlib. Qar örtüyü və buzlanma təxminən 10% azalıb.

Son 20-30 ildəki iqlim dəyişmələri özünü daha çox büruzə verir. Bu siqnal da dünya ölkələrini hərəkətə keçirib.

Hazırda məqsəd temperaturu 1,5 - 2 dərəcəyə salmaqdır. Bunun üçün də qlobal istiləşmənin qarşısını almaq məqsədilə bir sıra öhdəliklərin yerinə yetirilməsi vacibdir. Bunu da Azərbaycan həyata keçirməklə müsbət irəliləyişlərə nail ola bilib

Araşdırmalar göstərir ki, qlobal istiləşmənin qarşısı alınmasa bunun insan həyatına mənfi təsiri qaçılmazdır. Eyni zamanda dəniz səviyyəsinin artması sahilboyu rayonların su altında qalması təhlükəsini artırır.

Xatırladaq ki, dünyada hər 10 nəfərdən 4-ü su çatışmazlığından əziyyət çəkir. Su qıtlığı və suyun keyfiyyətinin pis olması, gigiyena və sağlamlıq üçün təhlükə törədə bilər. Bu da infeksiya, ishal və ya korluğa gətirib çıxara bilər.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.