Cəmiyyət

AMEA-da YENİ TƏYİNATLAR

19 İyun 2021 11:09
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA-da yeni kadr təyinatları olub.

Akademiyadan Milli.Az-a verilən məlumata görə, Rəyasət Heyətinin müvafiq qərarları ilə AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin əsasnaməsi, həmçinin AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin strukturunda edilmiş dəyişikliklər nəzərə alınmaqla idarənin yeni strukturu və ştat vahidləri təsdiqlənib.

Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.