Cəmiyyət

Üfunət qoxulu Sumqayıt bulvarı: Problem nədən ibarətdir? - VİDEO

17 İyun 2021 13:19
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhər bulvarında acınacaqlı vəziyyət höküm sürür. Bulvar ərazisindən gələn kəskin üfunət bura istirahətə gələn vətəndaşları narahat edir. Sakinlər ərazidə pis qoxu səbəbindən gəzə bilmədiklərini deyirlər. Bəs problemin yaranmasına səbəb nədir? Əməkdaşlarımız məsələni araşdırıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, havaların isti keçdiyi bir vaxtda Sumqayıt bulvarından gələn  kanalizasiya qoxusu sakinlərin buraya istirahətə gəlməsinə mane olur. Müxtəlif resatoran və əyləncə mərkəzlərinin yerləşdiyi bulvar ərazisində problem dözülməz həddə çatıb.

Bulvar ərazisində çəkiliş apardığımız zaman məlum oldu ki, məhz üfunət səbəbindən bura gələnlərin sayında da azalma var. Sumqayıt sakinləri deyir ki, bu vaxta qədər bulvar ərazisində belə bir problem yaşanmayıb.

Bəs bulvarda yaranan bu problemə səbəb nədir? Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tabeliyində '' Sumqayıt Bulvar'' Məhdud Məsuliyyətli Cəmiyyətin şöbə müdiri isə bildirdi ki, əraziyə texnikalar cəlb edilib və problem aradan qaldırılır.

Bulvar İdarəsindən o da bildirildi ki, yaranmış problem qısa vaxt ərzində tam  həllini tapacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.