Sərhədçilərimizə atəş açan İran vətəndaşı zərərsizləşdirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış fəaliyyətləri davam etdirilir.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində cari ilin 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Həmin gün saat 03:00 radələrində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfər olan "Ford" markalı 99-ZL-240 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.
Şübhəli şəxs sərhəd naryadının "Dayan" əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərmiş, onun avtomobili təqib olunaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılmışdır. Ağstafa rayon sakini 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyənləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülmüşdür.
Narkotik maddələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu ərazisində həmin rayon sakini 1996-cı il təvəllüdlü Abdullayev Anar Elman oğlu saxlanılaraq istintaqa cəlb edilmişdir.
Eyni tarixdə saat 05:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Cəlilabad rayonu Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunmuşdur.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun olaraq silah tətbiq olunmuş və cinayətkar zərərsizləşdirilmişdir. Hadisə baş vermiş əraziyə baxış zamanı 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə (24 kiloqram 848 qram heroin, 9 kiloqram 250 qram metamfetamin, 2 kiloqram 70 qram marixuana, 3 kiloqram 310 qram həşiş qətranı, 3 kiloqram 122 qram 5020 ədəd Metodon-40 həbləri) bənzər maddələrvə külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanmışdır.
Faktla bağlı İİR tərəfi dərhal məlumatlandırılmış, müqabil tərəfin sərhəd nümayəndəsinin və Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilərkən İran vətəndaşı Behnam İlhami olması müəyyən edilmiş sərhəd pozucusunun üzərindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götürülmüşdür.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
-
Əsgərimiz infarktdan öldü
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
XƏBƏR LENTİ
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)
-
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq





