Ölkə

Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)

4 İyul 2026 01:22
Baxış: 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 202 nömrəli marşrut xəttinin son dayanacağının zəbt olunduğu iddia edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücülər deyirlər ki, ərazidə avtobus dayanacağını bildirən yol nişanı olmasına baxmayaraq, yük avtomobilləri həmin yerdə park edilir.

Xüsusilə səhər və pik saatlarda burada saxlanılan iritonnajlı yük maşınları avtobusların dayanacağa rahat daxil olmasına mane olur və həm sürücülər, həm də sərnişinlər üçün ciddi çətinlik yaradır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sözügedən ərazidə dayanma və durma qaydalarını pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.