İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İntuitiv qidalanma son illərdə həm mütəxəssislərin, həm də çəki idarəsinə maraq göstərən şəxslərin diqqətini çəkən bir yanaşmadır. 1995-ci ildə diyetoloqlar Evelyn Tribole və Elyse Resch tərəfindən yaradılan bu model, bədənimizin təbii siqnalları ilə yenidən bağ quraraq yeməklə daha sağlam və davamlı bir münasibət qurmağı hədəfləyir.
Milli.Az xəbər verir ki, intuitiv qidalanma bədənin ac və toxluq siqnallarını dinləməyə, ehtiyac duyulan qidaları kifayət qədər qəbul etməyə və doyduğumuz zaman yeməyi dayandırmağa əsaslanır. Klassik pəhrizlərdən fərqli olaraq, burada sərt qaydalar və ya qadağan olunmuş qidalar yoxdur. Məqsəd, qidaları "yaxşı" və ya "pis" kimi etiketləməkdən imtina edib, onlarla barışmaqdır.
Araşdırmalar göstərir ki, intuitiv qidalanan insanlarda bədənlərindən məmnunluq hissi artır, qidalanma pozğunluğu əlamətləri azalır. Həmçinin, qan təzyiqi və xolesterin kimi sağlamlıq göstəricilərində də müsbət dəyişikliklər müşahidə edilir. Bu yanaşma xüsusilə daim pəhriz saxlayıb çəki alan-verən (yo-yo effekti) insanlar üçün daha davamlı bir çıxış yoludur.
İntuitiv qidalanma və "Fərqindəliklə qidalanma" (Mindful eating) arasındakı fərq
Hər iki yanaşma yemək yeyərkən ana fokuslanmağı və siqnalları dinləməyi təşviq etsə də, sezgisel qidalanma daha geniş bir çərçivəyə malikdir. İntuitiv qidalanma diyet mədəniyyətini tamamilə rədd edir və özünüqəbul, bədən imici kimi psixoloji məqamları da əhatə edir.
"İstədiyimi yeyə bilərəm, deməli hər şeyi yeyəcəyəm": Əslində, qadağalar aradan qalxanda qidaya olan həddindən artıq istək zamanla azalır. Bədənin ehtiyacları dinlənildikdə tarazlıq öz-özünə qurulur.
"İntuitiv qidalanma ilə kilo vermək olar": Bu metodun əsas məqsədi arıqlamaq deyil, sağlam münasibət qurmaqdır. Kilo dəyişimi bir hədəf deyil, bəlkə də bir nəticə ola bilər.
"Bu, yeme pozğunluğu olanlar üçün uyğun deyil": Əksinə, mütəxəssis nəzarəti ilə bu ilkələr sağalma prosesinə dəstək kimi istifadə olunur.
Nə zaman mütəxəssisə müraciət etməli?
Əgər yemək yedikdən sonra ciddi günahkarlıq hissi, stress və ya yemək atakları yaşayırsınızsa, həmçinin saç tökülməsi, daimi yorğunluq və ya iş performansınızın düşməsi kimi əlamətlər varsa, mütləq mütəxəssisə (psixoloq və ya diyetoloq) müraciət etməlisiniz.
İntuitiv qidalanmaya başlamaq üçün praktiki addımlar
Ekranlardan uzaq durun: Yemək yeyərkən telefon və ya televizora baxmaq əvəzinə diqqətinizi yeməyə yönəldin.
Aclıq səviyyənizi ölçün: Yeməkdən əvvəl və yemək zamanı 1-dən 10-a qədər özünüzü qiymətləndirin.
Günahkarlıq hiss etməyin: Yeməkdən zövq almağa çalışın. Bəzi günlər çətinlik çəkə bilərsiniz, bu normaldır.
Hərəkəti cəza kimi görməyin: Kalori yandırmaq üçün deyil, bədəninizə xoş gələn fiziki hərəkətlərlə məşğul olun.
Dilinizi dəyişin: "Bunu yeyə bilmərəm" əvəzinə, "Bunu hazırda seçmirəm" ifadəsini işlədin.
Sosial medianı təmizləyin: Sizi özünüzdən narazı salan və qeyri-real standartları təbliğ edən hesabları izləməkdən imtina edin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Bu qidalar qocalmanı sürətləndirir
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
7 gün qarpız yedi: orqanizminə necə təsir etdi?
XƏBƏR LENTİ
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
-
Misir 1/8 finalda - DÇ-2026
-
İntuitiv qidalanma nədir? İntuitiv qidalanma necə tətbiq olunur?
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)
-
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)





