Qorxulu yuxular görməyin səbəbləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qorxulu yuxular insan beyninin stresslə mübarizə mexanizminin bir hissəsi ola bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib.
Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğa orqanizmin reaksiyasıdır. Yuxu zamanı emosional oyanıqlıq tam şəkildə yatırılmadıqda, beyin bu gərginliyi obrazlar və qorxulu süjetlər vasitəsilə "emal edir".
Professor qeyd edib ki, kabusların yaranmasına səbəb olan digər amillər arasında yatmazdan əvvəl həddindən artıq yemək, səs-küy, işıq, yuxu gigiyenasının pozulması və mühit dəyişikliyi də var. Bu faktorlar yuxunun keyfiyyətini aşağı salaraq beynin normal istirahət prosesinə mane olur.
Maraqlıdır ki, mütəxəssisin fikrincə, qorxulu yuxular müəyyən mənada adaptasiya funksiyası daşıyır. Beyin yuxu zamanı stresli situasiyaları modelləşdirərək onlara uyğunlaşmağa çalışır. Buna görə də bəzi hallarda insanlar kabus görsələr də, oyandıqdan sonra özlərini daha yüngül və dincəlmiş hiss edə bilirlər.
Bununla belə, həkim vurğulayıb ki, hər kəs zaman-zaman pis yuxular görə bilər. Lakin kabuslar mütəmadi xarakter alırsa və normal yuxuya mane olursa, bu, daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Belə hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Kabusların tezliyini azaltmaq üçün gündəlik həyatda stressi minimuma endirmək, sağlam yuxu qaydalarına riayət etmək və yatmazdan əvvəl sakitləşdirici rejimə keçmək məsləhət görülür.
Bundan əvvəl həkim Aleksandr Olmos da keyfiyyətli yuxu üçün bəzi qidalardan imtina etməyə çağırıb. Onun sözlərinə görə, kolbasa məhsulları melatonin hormonunun ifrazını azalda bilər, çörək və makaron isə qan şəkərində sıçrayış yaradaraq narahat yuxuya səbəb ola bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək"
-
Tatarıstan rəhbərinin 3 milyardlıq gizli təyyarəsi üzə çıxdı
-
Rusiyalı UFC çempionu döyüşlərdən kənarlaşdırıldı
-
Azərbaycanda ilk dəfə: Avropa Azərbaycan Məktəbi məzununa Stanford Universitetində təhsil üçün 100% təqaüd dəstəyi verir (Video)
-
Vüsalədən bacısı ilə bağlı paylaşım - (Foto)
-
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir? - (Foto)
XƏBƏR LENTİ
-
Nəriman Osimhenlə üz-üzə
-
Zukerberq həyat yoldaşı ilə 30 milyon avroluq qəsr aldı
-
Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək"
-
Küçədə söyüş söyənlər həbs olundu
-
Azərbaycan və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib
-
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib
-
Tatarıstan rəhbərinin 3 milyardlıq gizli təyyarəsi üzə çıxdı
-
Rusiyalı UFC çempionu döyüşlərdən kənarlaşdırıldı
-
Azərbaycanda ilk dəfə: Avropa Azərbaycan Məktəbi məzununa Stanford Universitetində təhsil üçün 100% təqaüd dəstəyi verir (Video)
-
Vüsalədən bacısı ilə bağlı paylaşım - (Foto)
-
Psixiatriya xəstəxanasında meyit tapıldı
-
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir? - (Foto)
-
Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - Yenilənib - Foto
-
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılan var (Foto-Video)
-
Atası 26 il sonra oğlu kimi qəbul etdi - Belçika şahzadəsi oldu
-
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirib
-
İranlı gənc qızların Van gölü ətrafındakı əyləncəli anları diqqət çəkdi – (Video)
-
39 yaşlı kişi maşında öldü
-
DİN-də işləmək istəyənlərin nəzərinə
-
Səhiyyə Nazirliyindən Samuxdakı qarayara ilə bağlı açıqlama
-
Mert Demir konsertini yarımçıq saxladı, səhnədə bığlarını qırxdırdı - (Video)
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib (Foto)
-
"Mançester Siti"nin tarixində rekord satış: 88 milyona “Tottenhem”ə keçdi
-
Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir





