Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qarpızın tərkibində artıq nitratların olduğunu su və yodla aparılan iki test göstərə bilər. Lakin nitrat səviyyəsini gözlə dəqiq müəyyən etmək mümkün deyil, ona görə də nitrat testerindən istifadə etmək ən yaxşısıdır.
Millo.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə rusiyalı kənd təsərrüfatı elmləri doktoru, dosent Nina Myasişeva danışıb.
Ev şəraitində yoxlama üsulları:
- Su testi: Qarpızın ətli hissəsindən kiçik bir tikəni stəkandakı suya atın. Suyun bulanıqlaşması normaldır. Lakin suyun çəhrayı və ya qırmızı rəngə boyanması həmin qarpızın tərkibində artıq maddələrin olduğundan xəbər verir və belə qarpızdan çəkinmək lazımdır.
- Yod testi: Kəsilmiş qarpız tikəsinin üzərinə bir damla yod damladın. Yodun rənginin maviyə çalması nitratların mövcudluğunu göstərə bilər.
Alim qeyd edir ki, bu üsullar hər zaman 100% dəqiq nəticə vermir, ən etibarlı yol xüsusi test cihazlarından (tester) istifadə etməkdir. Qarpızda nitratın təhlükəsiz səviyyəsi hər kiloqram üçün 60 mq-a qədərdir. Bu həddin aşılması zəhərlənməyə səbəb ola bilər. Simptomlar arasında zəiflik, başgicəllənmə, ürəkbulanma, qusma, qarın ağrısı və spazmlar, ishal, iştahsızlıq və yuxululuq müşahidə olunur.
Nina Myasişeva qarpız alarkən xarici görünüşə də diqqət yetirməyi tövsiyə edir:
- Qarpızın içi qeyri-təbii dərəcədə parlaq qırmızı və ya bənövşəyi olmamalıdır.
- Təhlükəsiz qarpızda özəyindən qabığına qədər olan liflər ağ rəngdə olur. Liflərin sarı və ya tünd sarı olması ciddi xəbərdarlıq siqnalıdır.
- Nitratlı qarpızın kəsilmiş səthi şübhəli dərəcədə hamar və parlaq görünür. Keyfiyyətli qarpızın kəsiyi isə məxməri və dənəvər olur.
Alim sonda xatırladıb ki, qarpızı yalnız ixtisaslaşmış satış yerlərindən almaq və satıcıdan məhsulun keyfiyyət sertifikatını tələb etmək lazımdır. Yolların kənarında satılan qarpızlar isə nəqliyyat vasitələrindən çıxan qazları və ağır metalları udduğu üçün sağlamlığa təhlükəlidir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
-
Almaniyada gonbul polisi işdən çıxardılar
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səmimi olun.
-
Ömrü qısaldan qidalar - Həkimlər uzaq durmağı tövsiyə etmir
-
Mətanət: "Gecə 12-nin yarısı oğlumun xəbəri yoxdur ki, evə gəlmişəm"
-
Zaqataladakı qəzada xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib
-
Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"
-
Ronaldonun yeni məşqçisi bəlli oldu
-
"Qalatasaray" Premyer Liqanın ulduzunu heyətə qatmağa yaxındır (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod testi
-
"Eşref Rüya"nın Nusreti parik və eynəklə tanınmaz oldu (Foto)
-
"İsrail üçün ən yaxşı prezident mən olmuşam"
-
Xalq artisti Elçin Haşımovun qızı məzun oldu (Foto)
-
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq
-
“Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Akademik Milli Dram Teatrı teatr mövsümünə yekun vurub (Foto)
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)
-
"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı
-
“Fənərbaxça” Natan Akeni transfer edib
-
Cəlilabadda qaz olmayacaq
-
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Pərviz Yusifova yeni vəzifə verildi





