Goranboy sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayon sakini S.Salmanovun idarə etdiyi "UAZ-452A" markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Milli.Az