Cəmiyyət

Çətənə yetişdirən Lənkəran sakini saxlanılıb

14 İyun 2021 14:29
Baxış: 680
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Xolmili kənd sakini M.Fərziyev saxlanılıb. Onun həmin kənddəki nəzarətsiz ərazidə kolluqların arasında kultivasiya yolu ilə yetişdirdiyi 47 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.