Cəmiyyət

Əvvəlki və builki məzunlar bir yerdə iştirak edəcəklər - VİDEO

12 İyun 2021 10:34
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Milli.Az bildirir ki, Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının qrafikini elan edib.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi əvvəlki illərin məzunları üçün iyulun əvvəlində keçiriləcək.

Onun sözlərinə görə, bakalavriat səviyyəsinə qəbul imtahanlarının 2-ci mərhələsinin birinci cəhdi hər ixtisas qrupu üzrə gələn aya nəzərdə tutulub.

Qurum rəsmisi onu da əlavə edib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməyəcəyi haqqında qərar avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qəbul ediləcək.

Qeyd edək ki, qəbul imtahanlarının 2-ci mərhələsində əvvəlki və builki məzunlar bir yerdə iştirak edəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.