Qoyun qırxımı yekunlaşmaq üzrədir - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xırdabuynuzlu heyvanların əti ilə yanaşı, uzun illərdir yunundan da insanların gündəlik həyatında, məişətdə geniş istifadə olunur. Yundan olan məhsullar daha dəyərli sayılır. Gəlin köçən qızlara da yundan yorğan-döşək hazırlayıb verirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qərb bölgəsində bu il havaların yağıntılı keçməsi yun qırxımı prosesini bir qədər gecikdirib. Təsərrüfatındakı qoyunlarını qırxan sakinlər bu işi elə çöldə həyata keçirməyin onlar üçün daha əlverişli olduğun deyirlər. Kütləvi qırxım üçün hava da isti olmalıdır. Çünki qırxılan qoyun hava soyuq olarsa, xəstələnə bilər. Hətta buna fikir verməyən təsərrüfat sahibləri itki ilə də rastlaşıblar. Ona görə də qırxılan qoyunlar soyuqdan qorunmalıdır.
Qırxım zamanı heyvanın əti və ya dərisi zədələnərsə, dərman vurulmalıdır. Proses zamanı heyvan sahiblərinin etdiyi bir hərəkət də diqqətimizi çəkdi. Qoyunun ayaqları bağlanır, qırxılır, əlavə yükdən yundan azad olur, yüngülləşdirilir. Sonda ayağa qaldırılanda boyun fəqərə sümükləri yüngülcə sağa-sola burulur.
"Biz qırxdığımız qoyunun yunundan ailəmiz üçün, əsasən cehizlik yorğan-döşəklərin hazırlanmasında istifadə edirik. Artıq qalan yunları isə satışa çıxarırıq. Bir qoyun təxminən 2 kiloqram yun verir. Qırxıldıqdan sonra çimizdirilməli, soyuqdan qorunmalıdır. İyunun 15-dən başlayaraq quzuların qırxımını həyata keçirəcəyik", - deyə Muğanlı kənd sakini Azər Mursaquliyev bildirib.
Azər deyir ki, gün ərzində təkbaşına 35-40 baş qoyun qırxa bilir. Qoyun qırxdıqları dədə-baba alət isə "qırxılıq" adlanır və olduqca itidir.
Hazırda qoyun qırxımı yekunlaşmaq üzrədir. Kənd sakinləri yunu kustar üsulla yuyub-təmizləyir və bazara çıxarırlar. Onların sözlərinə görə, regionda yun emalı müəssisələrinin yaradılmasına ciddi ehtiyac var. Yaxın gələcəkdə bölgələrdə emal müəssisələri yaradılarsa bu, ilk növbədə, qoyunçuluqla məşğul olan fermerləri də sevindirər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb





